Azərbaycan müdafiə nazirinin Qırğızıstana səfəri planlaşdırılır

Azərbaycan müdafiə nazirinin Qırğızıstana səfəri planlaşdırılır

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın yaxşı və perspektivli gələcəyi var.

Bu barədə Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov “Poliqon” jurnalına müsahibəsində Azərbaycan ilə Qırğızıstan arasında hərbi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

2023-cü il iyulun 6-dan 8-dək Azərbaycanda rəsmi səfərdə oldum. Səfər zamanı Azərbaycan Müdafiə Nazirliyində ikitərəfli görüşlər keçirildi, o cümlədən Baş nazirin 1-ci müavini, müdafiə sənayesi naziri ilə görüşlər keçirildi. Müdafiə Nazirliyinin hərbi sənaye kompleksinin müəssisə və obyektlərinə baxış keçirildi. Müdafiə Nazirliyi ilə ikitərəfli görüş çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi qeyd edildi.

Qırğızıstan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularını Tamqa hərbi sanatoriyasına dəvət edib və həmçinin Əlahiddə Ümumqoşun Ordusunun bölmələri arasında təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər.

Onu da qeyd edim ki, 2024-cü il oktyabrın 22-dən 24-dək Azərbaycan Respublikası müdafiə nazirinin Qırğızıstan Respublikasına cavab səfəri planlaşdırılır.

CATEGORIES
TAGS