Modernləşdirilmiş növbəti A400M təyyarəsi Türkiyə HHQ-yə çatdırılıb

Modernləşdirilmiş növbəti A400M təyyarəsi Türkiyə HHQ-yə çatdırılıb

Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkəti tərəfindən modernləşdirilən səkkizinci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsi bu ölkənin Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə ASFAT şirkəti məlumat yayıb.

Qeyd edək ki, A400M-in modernləşdirilməsi ilə bağlı işlər ASFAT-ın Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılır. “Fasbat” təyyarə servis mərkəzi 2021-ci ilin iyul ayında açılaraq istifadəyə verilib. Bu mərkəzdə həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və modernləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub.

Bu günə qədər “Fasbat” mərkəzində səkkiz ədəd A400M nəqliyyat təyyarəsi modernləşdirilərək Türkiyə HHQ-yə təhvil verilib. Ümumilikdə doqquz ədəd A400M-in bu mərkəzdə modernləşdirilərək Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırılması planlaşdırılıb.

 

CATEGORIES
TAGS