Azərbaycan Ordusunun əsgəri əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb

Azərbaycan Ordusunun əsgəri əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

CATEGORIES