Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycan və Belarus respublikalarının Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar.

Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub.

Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.

Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib.

Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsində olublar.

Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah-sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub.

1673209a09461f10d6d69a7e0cb32047 cdf2dab9fda4ca4b924fb5a9c585b06a ef8671d2066e6a8477a41b1cca449fdd ea667f82edc9107872f8d17cb9500cb9 e78915ca6bd9e361b25eac3f41d0e961 94bbe6881d05db2ffedaad009cde43f5 ffe98c2f6cb93a926d11f65b1ad614b3

CATEGORIES
TAGS