Azərbaycan Ordusunun generalları Türkiyənin hərbi sənayə şirkətlərini ziyarət edib

Azərbaycan Ordusunun generalları Türkiyənin hərbi sənayə şirkətlərini ziyarət edib

Qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini  və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər.

Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

Azərbaycan Ordusunun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

CATEGORIES
TAGS