Azərbaycan Ordusunun hərbçisi “Afrika Aslanı-2024” təliminə qatılıb

Azərbaycan Ordusunun hərbçisi “Afrika Aslanı-2024” təliminə qatılıb

Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair  müxtəlif tapşırıqlar icra edilib.

Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.

CATEGORIES