Müdafiə

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Back to top button