Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

İyunun 17-si saat 10:45-dən etibarən Azərbaycan Ordusunun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür. Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altındadır.

Poliqon.az

CATEGORIES