Azərbaycan Prezidenti: Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır

Azərbaycan Prezidenti: Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır

Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edən zaman deyib.

Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Poliqon.az

CATEGORIES
TAGS