Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsi 106-cı ildönümünü Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir hərbi arsenala malik, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini peşəkar şəkildə qorumağa qadir bir qurum kimi qarşılayır.

Bu münasibətlə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

“Sərhədçi” Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2025-ci il tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.

1 2 3c2ea7da06667ebe35f37f347dc4b881 1 2704be1413e80d627f8f309b394dc9a2 2 0df4cf13ebdf3aeded68cbbc883f5d7e 3 87859f77aded9b0ba7b8a24a0be2f280 4 511df8874e05b080b2cea1b669bfdcb6 5 0df8f4a72e113137515acb2758843a15 6 6f7696d2dfc57ac4f158082d25495ae4 7 f216550b000c06a5c6692b9884ddcdb8 8 03fbfd1010c1009da55b0010526d5d91 9 94876a506756dd42fbd6157ae73a3547 10 2 ccacb694d4dbb0c0a147181051a7eef5 10 3 10 d659c59f228cd556db529127bf796cd5 11 444eaa131ec4a9b306aac04118142a6e 12 d8a213df8a5179ca3dd4ea5b16d3521e 13 63e523f0f102ca3b13c9da2e914aa434 14 a8ab396f76fd5dc08665c3069cff0e8b 15 a838415e0ba52d66d97a0a6cf1b3daaa 16 85bd0cce0343261eff46fd8d20d656f0

CATEGORIES
TAGS