ManşetMüdafiə

Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb

Martın 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə  verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Media qarşısında çıxışı zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

f546a278a82713ebcf67ae13992c72b0

9ffe120c9bb4354e1b31df58ac2c9dee

c9cea527ea07222a95264d21e45af8ee

Back to top button