
Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək
Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə 17-28 oktyabr 2022 tarixləri arasında keçiriləcək “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təliminin ilk planlaşdırma toplantısı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
Məlumatda bildirilib ki, “Eternity-2022” təliminin ilk planlaşdırma toplantısı Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə Türkiyə 1-ci Ordu Komandanlığının Qərargahında keçirilib.
Rizvan Fikrətoğlu
CATEGORIES Foto