Xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” birgə hərbi təlimləri başlayıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyənin Gürcüstandakı səfirliyi özünün “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin başlaması ilə əlaqədar oktyabrın 10-da Muxrovanidə açılış mərasimi keçirilib.

Poliqon.az

Back to top button