Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Fevral ayının 1-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə  Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, hər iki ölkə arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Poliqon.az

CATEGORIES