Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini Çaba Hende ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu  kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

CATEGORIES