Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə HDQ-də rəsmi qarşılanma mərasimi keçirilib. Pakistan HDQ komandanı fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra Pakistan nümayəndə heyətinin rəhbəri “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

HDQ komandanı vitse-admiral S.Bəkirov hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Admiral M.A.X.Niazi hər iki ölkənin HDQ-nin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Pakistan HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra hərbi gəmilərə baxış keçirilib, onların taktiki-texniki xüsusiyyətləri, həmçinin gəmi heyətinin yerləşməsi və qidalanması ilə bağlı nümayəndə heyətinə məlumat verilib.

Poliqon.az

CATEGORIES
TAGS