Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə birgə taktiki-xüsusi təlim keçirilir
Azərbaycan və Qazaxıstanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran-2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.
“Altın Kıran-2024” birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.