Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşır

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşır

Azərbaycan ilə Qazaxıstan müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.

“Poliqon” xəbər verir ki, bu layihə Qazaxıstanın açıq normativ hüquqi akt hökumət portalında dərc olunub.

Qeyd edilib ki, Qazaxıstan hökuməti adından Qazaxıstanın Müdafiə Nazirliyi və Azərbaycan hökuməti adından Azərbaycanın Müdafiə Nazirliyi bu sazişin həyata keçirilməsində səlahiyyətli orqanlardır.

Tərəflər maraq doğuran hərbi-siyasi hadisələr, terror və ekstremist təşkilatlarla bağlı hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsini həyata keçirəcək.

Müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlığın və qarşılıqlı fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi və onun əlaqələndirilməsi üçün tərəflərin ərazisində bərabər əsaslarla ən azı ildə bir dəfə səlahiyyətli orqanların rəhbərləri səviyyəsində görüşlər baş tutacaq.

Təhlükəsizlik:

  1. Məxfi məlumatın mübadiləsi, onun istifadəsi və mühafizəsi məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir.
  2. Tərəflər bu saziş çərçivəsində əməkdaşlıq zamanı əldə edilmiş məlumatdan bu məlumatı vermiş tərəfə zərər vurmaq üçün istifadə etməyəcəklər.
  3. Bu müqavilə çərçivəsində əldə edilmiş məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, təqdim edilə və ya üçüncü tərəfə verilə bilməz.
  4. Tərəflər digər tərəfə qarşı yönəlmiş hərbi kəşfiyyat fəaliyyəti həyata keçirməyəcəklər.

Bu layihənin yerinə yetirilməsi üçün Qazaxıstan büdcəsindən Müdafiə Nazirliyinə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

CATEGORIES