
İyulun 2-də Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında müdafiə sənayesi sahəsində mövcud tərəfdaşlıq əlaqələri ətraflı nəzərdən keçirilib, son illərdə bu əməkdaşlığın strateji səviyyəyə yüksəldiyi vurğulanıb.
Görüşdə, həmçinin gələcək birgə layihələrin icrası, hərbi-texniki sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub.
Tərəflər qarşılıqlı səfərlərin və rəsmi görüşlərin iki qardaş ölkənin hərbi sənaye potensialını daha da gücləndirəcəyinə əminliklərini ifadə ediblər.






