Azərbaycan və Türkiyə HHQ-lərinin pilotları ətrafı tanıma uçuşları həyata keçirib

Azərbaycan və Türkiyə HHQ-lərinin pilotları ətrafı tanıma uçuşları həyata keçirib

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə MİQ-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

h1 h2 h3 h4 h5

Poliqon.az

CATEGORIES
TAGS