Azərbaycan və Türkiyə KAAN döyüş təyyarəsi ilə bağlı əməkdaşlıq göstərəcək

Azərbaycan və Türkiyə KAAN döyüş təyyarəsi ilə bağlı əməkdaşlıq göstərəcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin TUSAŞ şirkəti 5-ci nəsil KAAN döyüş təyyarəsinin inkişaf etdirilməsi ilə bağlı birgə əməkdaşlıq göstərəcək.

“Poliqon” xəbər verir ki, bunun üçün Türkiyədə keçirilən IDEF-2023 sərgisi çərçivəsində əməkdaşlıq protokolu imzalanıb.

Sözügedən protokolu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün və TUSAŞ şirkətinin baş direktoru Temel Kotil imzalayıb.

Poliqon.az

 

CATEGORIES
TAGS