Rusiyada tanklar elektron müharibə sistemləri ilə təchiz olunur

Rusiyada tanklar elektron müharibə sistemləri ilə təchiz olunur

“Uralvaqonzavod” (UVZ) konserni Rusiya Quru Qoşunlarının xüsusi əməliyyat zonasında fəaliyyət göstərən bütün tanklarını dron hücumlarına qarşı qorumaq üçün elektron müharibə sistemləri ilə təchiz edir.

Bu barədə “Poliqon” “Uralvaqonzavod” konserninə istinadən xəbər verib.

Bildirilib ki, UVZ-də düşmənin pilotsuz uçuş aparatlarından istifadə taktikasının dəyişməsi nəzərə alınmaqla zirehli texnikaların PUA hücumlarından mühafizəsinin təkmilləşdirilməsi üçün daim texniki işlər aparılır.

“Mütəxəssislər mühərrik ötürücü bölməni və tank qülləsinin arxa hissəsini PUA-lardan, kumulyativ qumbaraatanlardan və idarə olunan raketlərdən qoruyan konstruksiyaların hazırlanması və quraşdırılması üzərində dayanmadan çalışırlar. Tanklar PUA-lara qarşı mübarizə aparmaq üçün elektron müharibə sistemləri ilə təchiz edilib.

Konsernin müəssisələri həm Rusiya hərbçilərinin tənqidi şərhlərinə, həm də texnikanın təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərə diqqətlə yanaşırlar ki, bu da bütün texnikaların düşünülmüş şəkildə modernləşdirilməsinə imkan verir”, – deyə qeyd olunub.

CATEGORIES
TAGS