Azərbaycanda ilk dəfə olaraq yerli özəl şirkət zirehli transportyorlar istehsal edəcək
Azərbaycanın “Improtex Industries” şirkəti xüsusi təyinatlı zirehli personal daşıyıcılarının istehsal layihəsinə başlayıb.
“Poliqon” xəbər verir ki, “Improtex Industries” şirkəti ilk mərhələdə ITX SII 450 layihəsi əsasında 100 ədəd zirehli maşınının istehsalını planlaşdırıb.
Layihə üzrə hazırlanacaq ITX SII 450 zirehli transportyorunu 450 at gücündəki “Cummins” ISL 450 dizel mühərriki hərəkətə gətirəcək ki, bu da ona 35 dərəcəlik yoxuşlara qalxmağa imkan verəcək.
4×4 təkər formullu zirehli maşın “Allison 3200” transmissiyasına, elektron idarəetmə panelinə, silah sistemlərinin elektron idarə edilməsi funksiyasına sahib olacaq.
Maşının mina partlayışlarına qarşı qoruması NATO-nun STANAG 4569 (STANAG 4569 IV qədər artırıla bilər) zireh səviyyəsinə uyğun hesablanıb.
Silah və ekipaj ilə birlikdə tam kütləsi 19500 kiloqram olacaq ITX SII 450 zirehli maşınının maksimum sürəti 108 km/saat təşkil edəcək.