Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimləri keçirilə bilər

Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimləri keçirilə bilər

2026-ci ildə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimləri keçirilə bilər.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, TDT daxilində ən müxtəlif sahələrdə yeni əməkdaşlıq layihələri icra edilir: “Təşkilata üzv ölkələr arasında 35-ə yaxın əməkdaşlıq istiqaməti mövcuddur. TDT daxilində müdafiə sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Bu çərçivədə türk dövlətləri arsında sıx qrafikdə birgə təlimlər keçirilib. Belə təlimlərin Azərbaycanda da keçirilməsi bütün tərəflərin maraqlarına cavab verəcək. Eyni zamanda, TDT-də müşahidəçi statusda təmsil olunan ölkələrin hərbçiləri də bu təlimlərə dəvət oluna bilər. Bu, sülhə xidmət edən təşəbbüsdür. Yəni narahatlığa ehtiyac yoxdur və biz bunu təşviq edəcəyik. 2026-ci ildə də belə təlimlərin keçiriləcəyinə inanırıq”.

CATEGORIES
TAGS