“TEKNOFEST Azərbaycan”Xəbərlər

Azərbaycanda “Texnofest-2022” festivalına hazırlıq başlayıb

2022-ci ildə Azərbaycanda keçiriləcək “Texnofest” texnologiya, kosmik və aviasiya festivalına hazırlıq başlayıb.

Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Texniki Universiteti “Texnofest-2022” festivalında iştirak etmək istəyənlər üçün qeydiyyat elan edib:

2022-ci ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük texnologiya, kosmik və aviasiya festivalı “Texnofest”-ə TUSAŞ-la hazırlaşın!

Kreativ düşüncələrinizi reallaşdırmaq, müəllifi olduğunuz robotları dünyaya tanıtmaq, ən əsası festivala Türkiyənin təcrübəli mühəndisləri ilə hazırlaşmaq istəyirsinizsə sizə təqdim etdiyimiz linklə qeydiyyatdan keçməyə tələsin!

Xəyallar uzaqda deyil! Müraciət edin, komandaya qoşulun, dünyanı dəyişdirin!

Qeydiyyat linki:

Fərdi qeydiyyat üçün

Qrup qeydiyyatı üçün

Son tarix: 23 yanvar 2022-ci il

Əlaqə: [email protected]

Back to top button