Xəbərlər
Azərbaycanın müdafiə naziri Pakistanda hərbi paradda iştirak edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.




