Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək IDEF-2023 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Poliqon.az

CATEGORIES
TAGS