Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Azərbaycanın 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

“Poliqon” xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında öz əksini tapıb.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21% olacaq.

Qeyd edək ki, bu göstərici funksional təsnifat üzrə büdcə xərclərinin ən böyük hissəsini təşkil edir və 2025-ci illə müqayisədə 3.8 faiz çoxdur.

 

CATEGORIES
TAGS