
Azərbaycanın xarici işlər naziri: İran məsələnin araşdırılması barədə vəd verib
İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumları nəticəsində 4 vətəndaşımız xəsarət alıb. Bu qəbuledilməz hücumla bağlı həmkarıma məlumat verdim.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan dövlətinin mövqeyi və tələbləri açıq şəkildə İran tərəfinə çatdırılıb: “Dünən İranın xarici işlər naziri ilə bu məsələ bütün ciddiliyi ilə müzakirə edilib. Onlar məsələnin araşdırılması barədə vəd veriblər”.


