“Azərkosmos” dünyanın 42 ölkəsinə xidmət ixrac edib

“Azərkosmos” dünyanın 42 ölkəsinə xidmət ixrac edib

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 6.2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77  faizini təşkil edib. 2023-cü ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1.7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1.4 milyon dollar ilə Lüksemburq, 595.9 min dollar ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 339.8 min dollar ilə Almaniya və 291.3 min dollar ilə Pakistan qərarlaşıb.

Poliqon.az

CATEGORIES
TAGS