“Azərkosmos” dünyanın 50 ölkəsinə 18 milyon dollardan çox xidmət ixrac edib

“Azərkosmos” dünyanın 50 ölkəsinə 18 milyon dollardan çox xidmət ixrac edib

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 18.5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın yanvar sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3.8 milyon ABŞ dolları ilə Lüksemburq, 855.5 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 683.8 min ABŞ dolları ilə Pakistan, 654.5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

3bb21f681d81749d34dc6307

CATEGORIES
TAGS