“Azərkosmos” və “Monacosat S.A.M.” arasında Anlaşma Memorandumu imzalanıb

“Azərkosmos” və “Monacosat S.A.M.” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və Monakonun peyk operatoru “Monacosat S.A.M.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Poliqon”a xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb.

Bildirilib ki, sənədin imzalanması “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.

İmzalanmış Anlaşma Memorandumu iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

CATEGORIES