
“Azərkosmos”un nizamnamə kapitalı artırılıb
Azərbaycan Respublikası Nazirlər Kabineti 2022-ci il 26 fevral tarixli qərar ilə təsdiq olunmuş “Kosmik Agentliyin (“Azərkosmos”) Nizamnaməsi”ndə dəyişiklik edib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 272 605 880 manatdan 295 605 880 manatadək artırılıb.
CATEGORIES Xəbərlər