AZIREX-2024: Azərbaycan və İran birgə hərbi təlimə başlayır

AZIREX-2024: Azərbaycan və İran birgə hərbi təlimə başlayır

İran İslam Respublikası və Azərbaycan Respublikası Xəzər dənizində “Sülh və dostluq naminə əməkdaşlıq” şüarı ilə AZIREX-2024 axtarış-xilasetmə birgə taktiki təlimi keçirəcək.

“Poliqon”un İRNA Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, birgə təlimin əsas mərhələsi sabah İran İslam Respublikası və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının ev sahibliyi ilə keçiriləcək.

Məlumatda bildirilib ki, bu təlimin keçirilməsində məqsəd regionda dayanıqlı kollektiv təhlükəsizliyi və onun əsaslarını möhkəmləndirmək və iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək, həmçinin bu ölkələrin sülh, dostluq və dəniz təhlükəsizliyinə birgə dəstək verməsi istiqamətində xoş iradə və bacarıqlarını nümayiş etdirməkdir.

CATEGORIES
TAGS