ManşetMüdafiə

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əsas bazası istifadəyə verilib

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

“AzeriDefence”in prezidentin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb və rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev əsgərləri salamlayıb. Açılış mərasimindən sonra dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

hdqb2

hdqb4

hdqb6

hdqb7

hdqb8

hdqb9

hdqb10

hdqb11

hdqb12

hdqb13

hdqb14

t14

t16

Back to top button