Azərbaycan Türkiyənin ATAK proqramına qoşulur – EKSKLÜZİV
Azərbaycan da ATAK-a keçəcəkAzərbaycan və Türkiyə arasında ATAK zərbə hellikopterinin istehsalı proqramında ortaqlıq müqaviləsinin imzalanması nəzərdə tutulur. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Türkiyədəki mənbələrdən məlumat verilib.
ATAK layihəsində ortaqlıq barədə müqavilənin bu ilin ortalarında imzalanması gözlənilir. Artıq tərəflər arasında Azərbaycanın proyektdə iştirak ilə bağlı anlaşma əldə olunub.
Indiyədək ATAK layihəsində əsas aparıcı firma olan TUSAŞ-ın nümayəndələri bir neçə dəfə Bakıya səfər edərək texniki məsələləri müzakirə edib. Həmçinin ötən il Azərbaycan və Türkiyənin müdafiə və müdafiə sənayesi nazirləri arasında bir neçə dəfə bu layihə üzrə əməkdaşlıq məsələləri müzakirə olunaraq əməkdaşlığın reallaşdırılması üçün səylərin davam etdirilməsi barədə tapşırıqlar verilib.
Azərbaycan tərəfi artıq ortaqlıq üçün ölkə daxilində sifarişləri də təyin edib. Say barədə detallar açıqlanmasa da, Azərbaycanın bir neçə hərbi qurumu ATAK-ı inventarına daxil etməyə maraqlı olduğun açıqlayıb.
Qeyd edək ki, layihə çərçivəsində TUSAŞ və İtaliyanın “AgustaWestland” şirkətinin birgə istehsal edəcəyi T-129 hücum helikopteri Türkiyənin coğrafiyası və iqlimi nəzərə alınaraq dizayn edilib. Helikopter ən son model avyonika və silah sistemləri ilə təchiz ediləcək. ATAK bəzi xüsusiyyətlərinə görə, AH-1 Super Cobra helikopterlərindən təkmil hesab olunur.