Müdafiə
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorreni qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo da iştirak edib.




