Müdafiə
Azərbaycanın müdafiə naziri Moskvaya gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Z. Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak edəcək.



