AzTU ilə “Cyberpoint” arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Cyberpoint” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkənin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sənədi “Cyberpoint”in direktoru Fuad Niftəliyev və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imzalayıblar.

Memorandumun məqsədi tərəflər arasında öz nizamnamələri çərçivəsində kibertəhlükəsizlik sahəsində milli, elmi-texniki və insan resursları potensialının gücləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsidir.

Bununla yanaşı “Cyberpoint”lə AzTU arasında imzalanan memorandum tərəflər arasında əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədini də özündə daşıyır.

Əməkdaşlıq memomrandumunun başlıca hədəflərindən biri də kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrin praktiki təlimlərə cəlb olunması və onların bu sahədə daha geniş biliklərə yiyələnməsi üçün lazımı şəraitin yaradılmasıdır.

Poliqon.az

CATEGORIES