“BAE Systems” ABŞ HDQ-nin “USS Nitze” destroyerini təkmilləşdirəcək

“BAE Systems” ABŞ HDQ-nin “USS Nitze” destroyerini təkmilləşdirəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Arleigh Burke” sinifinə aid olan “USS Nitze” destroyerinin təmir və təkmilləşdirmə işlərini həyata keçirəcək.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun bağlı tərəflər arasında 145 milyon ABŞ dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “USS Nitze” üzərində çalışmalara cari ilin iyul ayından başlanılacaq və bütün işlər “BAE Systems”in ABŞ-da yerləşən “Norfolk” gəmiqayırma zavodunda yerinə yetiriləcək.

Bu çərçivədə destroyerin gövdəsinə yenidən əl gəzdiriləcək onun suyun altında olan hissəsinin mühafizəsi artırılacaq və gəmi daxilində personalların yaşayışı üçün nəzərdə tutulan yerlər 325 nəfərə uyğun formada əsaslı təmir ediləcək.

Qeyd edək ki, şirkət eyni işləri ABŞ HDQ-yə məxsus “USS Lassen” və “USS Mustin” hərbi gəmiləri üçün də aparır. Bu gəmilər “BAE Systems”in ABŞ-dakı “Jacksonville” (“USS Lassen”) və “San Diego” (“USS Mustin”) gəmiqayırma zavodlarında təkmilləşdirilir.

Poliqon.az

CATEGORIES
TAGS