“BAE Systems” şirkətinin təkmilləşdirilmiş APKWS dəsti

“BAE Systems” şirkətinin təkmilləşdirilmiş APKWS dəsti

Müasir müharibələr ortaya daha çox tələblər qoyur. Bunu nəzərə alan “BAE Systems” şirkəti yeni təkmilləşdirilmiş APKWS tuşlama dəsti yaradıb.

“Poliqon” xəbər verir ki, “Flight Global” nəşrinin məlumatına əsasən, təkmilləşdirilmiş APKWS raketləri hədəfləri daha dəqiq və daha uzaq məsafədən vuracaq.

Böyük Britaniyanın “BAE Systems” müdafiə sənayesi şirkəti “Advanced Precision Kill Weapon System” (APKWS) yüksək dəqiqlikli sistemin təkmilləşdirilmiş versiyasını hazırlayıb.

Verilən məlumata əsasən, döyüşdə sınaqdan keçirilmiş sistemin təkmilləşdirilmiş sistem zərbələrin dəqiqliyini və raketlərin uçuş məsafəsini 30%-ə qədər artırmağa kömək edir. Bununla yanaşı, təkmilləşdirilmiş APKWS dəsti, raketin daha kəskin hücum bucağından hədəfi vurmasına kömək edən optimallaşdırılmış uçuş yolu yaratmağa kömək edir.

Eyni zamanda, hücumun optimallaşdırılmış trayektoriyası stasionar və hərəkətli hədəflərə ilk atışın effektivliyini artırır. Bunun bir logistika faydasına da qatqı təmin edəcəyi bildirilir. Çünki APKWS dəsti helikopterlər və təyyarələr üçün uyğun olaraq, ehtiyatların idarə olunmasını xeyli asanlaşdırır.

APKWS bloklarının yenilənməsi dəstlərinin ilkin istehsalının cari rübdə başlayacağı və tədarükün 2022-ci ilin yanvarında başlayacağı gözlənilir.

Qeyd edək ki, APKWS dəsti idarə olunmayan 70 mm-lik “Hydra-70” raketinin bazasında yaradılıb. Paylanılmış aperturalı və döyüş başlığı ilə raket mühərriki arasında quraşdırılmış avtonom tuşlama və idarəetmə sistemi olan yarıaktiv lazer özütuşlama başlığına malikdir. İstehsalçının bildirməsniə görə, helikopterdən atıldıqda, idarə olunan raket maksimal 5 km məsafəyə uçur və 80% hallarda 2 m hüdudundakı hədəfləri məhv edir.

Şirkət APKWS dəstini idarə olunmayan raketlər və Lockheed AGM-114 Hellfire raketi kimi tank əleyhinə döyüş sursatları arasında bir vasitə kimi mövqe tutduğunu bildirir, zirehsiz və yüngül zirehli maşınlar kimi hədəflərə hücum etmək üçün ucuz bir seçim olduğunu iddia edir.

ak

APKWS müxtəlif helikopter və təyyarələrdə istifadə üçün təyin edilib

Ak2

APKWS təyyarədən buraxılışı (kompyüter qrafikası)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS