Baş Prokurorluq azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayını açıqlayıb
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanı olub.
Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 51 nəfəri həlak olub, 244 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
CATEGORIES Xəbərlər