Baş Qərargah rəisinin XTQ-nin şəxsi heyəti ilə görüşü olub

Baş Qərargah rəisinin XTQ-nin şəxsi heyəti ilə görüşü olub

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Azərbaycan Ordusunun bölmələri, o cümlədən xüsusi təyinatlıları tərəfindən görülən cavab tədbirlərinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin daha da artırılması, həmçinin əldə edilən döyüş təcrübəsinin keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Poliqon.az

CATEGORIES