HavaAselsanXəbərlər

“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi KARAT sistemi ilə performans uçuşları icra edir

“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN şirkətinin KARAT infraqırmızı axtarış, aşkarlama və izləmə sistemi ilə performans uçuşları həyata keçirir.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında məlumat paylaşıb.

“Dünyada yalnız bir neçə ölkənin inkişaf etdirə bildiyi bu texnologiyanı birgə səylərimizlə ölkəmizə qazandırdığımız üçün qürur duyuruq”, – deyə məlumatda bildirilib.

Back to top button