
“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN şirkətinin KARAT infraqırmızı axtarış, aşkarlama və izləmə sistemi ilə performans uçuşları həyata keçirir.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında məlumat paylaşıb.
“Dünyada yalnız bir neçə ölkənin inkişaf etdirə bildiyi bu texnologiyanı birgə səylərimizlə ölkəmizə qazandırdığımız üçün qürur duyuruq”, – deyə məlumatda bildirilib.






