BƏƏ Cənubi Koreyadan “Cheongung-2” ZRS alacaq

BƏƏ Cənubi Koreyadan “Cheongung-2” ZRS alacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Cənubi Koreya arasında yeni versiya olan “Cheongung-2” KM-SAM zenit-raket sistemlərinin (ZRS) alqı-satqısına dair müqavilə bağlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi məlumat yayıb.

“Cheongung-2” ZRS-nin tədarükünə dair BƏƏ və Cənubi Koreya arasında imzalanmış müqavilənin dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir.

“Cheongung-2” ZRS Cənubi Koreyanın Müdafiə İnkişaf Agentliyi (ADD) tərəfindən “Almaz-Antey” və “Fakel” şirkətlərinin texniki dəstəyi ilə hazırlanmış orta mənzilli “yer-hava” tipli raket sistemidir. “Cheongung-2” ZRS Rusiyanın S-350E və S-400 zenit-raket sistemlərində istifadə olunan 9M96 raket texnologiyası əsasında hazırlanıb.

“Cheongung” ZRS 8 ədəd idarəolunan raketlə dəstləşdirilən işəsalma qurğusuna malikdir. Sistem təyyarə və raketləri eyni anda vurmaq üçün çoxfunksiyalı radarla təchiz edilib. Radar 100 km məsafədəki hədəfləri aşkar edə və eyni vaxtda 40-a qədər hədəfi izləyə bilir. “Cheongung-2” ZRS 40 km məsafədə 15 km yüksəklikdəki 6 hədəfi eyni vaxtda tuta bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS