BƏƏ IDEX-2023 sərgisinin üçüncü günündə 1.5 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

BƏƏ IDEX-2023 sərgisinin üçüncü günündə 1.5 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 və NAVDEX-2023 sərgilərinin üçüncü günündə “Tawazun” şurası 5.8 milyard AED (1.578 milyard ABŞ dolları) dəyərində 11 satınalma müqaviləsi imzalayıb.

“Poliqon” xəbər verir ki, bunu “Tawazun” şurasının rəsmi sözçüləri Məcid Əhməd Əl Caberi və Zayed Səid Əl Merayxi keçirlən mətbuat konfransında açıqlayıb.

Zayed Səid Əl Merayxi bildirib ki, gün ərzində Müdafiə Nazirliyi üçün 5.7 milyard AED(1.551 milyard ABŞ dolları) dəyərində 9 müqavilə (4-ü yerli və 5-i xarici şirkətlərlə)  imzalanb.

Məcid Əhməd Əl Caberi isə Əbu Dabi Polisinin adından 134 milyon AED (36.4 milyon dollar) həcmində iki sövldələşmənin imzalandığını qeyd edib.

Beləliklə üç gün ərzində sərgidə 34 müqavilə imzalanıb ki, onların da ümumi dəyəri 18.4 milyard AED (5 milyard dolları) təşkil edir.

Yerli şirkətlər ilə imzalanan satınalma müqavilələri:

  • Taktiki Məlumat Link şəbəkəsinin inkişaf etdirilməsi üçün “EDGE Group”un “Earth” törəmə şirkəti ilə 4 milyard AED (1 milyard dollar);
  • “Al Tariq” sisteminin satınalınması üçün “EDGE Group”un “Halcon” törəmə şirkəti ilə 1 milyard AED (272.2 milyon dollar);
  • Dəniz platformalarının inkişafına dəstək vermək üçün “Diving Trade” şirkəti ilə 28 milyon AED (7.6 milyon dollar).

Xarici şirkətlər ilə imzalanan satınalma müqavilələri:

  • GM-200 radarlarına texniki dəstəyin göstərilməsi üçün Fransanın “Thales” şirkəti ilə 176 milyon AED (47.9 milyon dollar);
  • CMS sistemlərinə texiki dəstəyin göstərilməsi və ondan istifadə edəcək şəxsi heyətə təlimlərin keçirilməsi üçün “Thales” şirkəti ilə 6 milyon AED (1.6 milyon dollar);
  • MU-90 torpedalarının və torpeda əleyhinə CANTO sistemlərinin satınalınması üçün Fransanın “Naval Group” şirkəti ilə 407 milyon AED (110.7 milyon dollar);
  • Əməliyyat Mərkəzinin inkişaf etdirilməsi üçün Avstriyanın AG şirkəti ilə 37 milyon AED (10 milyon dollar);
  • Yaxın mənzilli raketlərin tədarük edilməsi üçün ABŞ-ın “Kaman” şirkəti ilə 68 milyon AED (18.5).

Əbu Dabi Polisi üçün imzalanan satınalma müqavilələri:

  • AW139 helikopterinin satınalınması üçün İtaliyanın “Leonardo” şirkəti ilə 62 milyon AED (16.8);
  • “Ajban 4×4” zirehli nəqliyyat vasitələrinin satınalınması üsçün “EDGE Group”un törəmə şirkəti NIMR ilə 72 milyon AED (19.6 milyon dollar).

Poliqon.az

CATEGORIES
TAGS