BƏƏ Silahlı Qüvvələri “EDGE Group”dan termal nişangahlar alır

BƏƏ Silahlı Qüvvələri “EDGE Group”dan termal nişangahlar alır

“EDGE Group” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrini termal nişangahlar ilə təmin edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “EDGE Group” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla bağlı IDEX-2023 sərgisi zamanı şirkət BƏƏ-nin Silahlı Qüvvələri arasında 91 milyon AED (24.7 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Razılaşmanın şərtlərinə əsasən, şirkət sifarişçiyə üç fərqli növ silah nişangahı təhvil verəcək.

Poliqon.az

CATEGORIES
TAGS