
Belarus istehsalı hərbi məhsullar IDEX-2025-də nümayiş olunacaq
Belarusun “Belspetsvneshtechnika” (BSVT) şirkəti 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək IDEX-2025 beynəlxalq müdafiə sənayesi sərgisində müasir həllərini və hərbi təyinatlı məhsullarını nümayiş etdirəcək.
“Poliqon” “Belspetsvneshtechnika”ya istinadən xəbər verir ki, IDEX-2025 sərgisində şirkət Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin milli pavilyonunda yer alacaq.
Bildirilib ki, Belarus ekspozisiyasında ən qabaqcıl qlobal tələblərə cavab verən 150-dən çox silah və hərbi texnika nümayiş etdiriləcək.
Sərgi çərçivəsində Belarus nümayəndə heyətinin bir sıra görüşlər və danışıqlar aparması planlaşdırılır.
Qeyd olunub ki, IDEX-2025 hərbi-texniki əməkdaşlıq sahəsində tərəfdaşlarla yeni işgüzar əlaqələr yaratmağa və əlaqələri gücləndirməyə imkan verəcək.