Belarus “MILEX-2021” sərgisinə hazırlaşır

Belarus “MILEX-2021” sərgisinə hazırlaşır

Belarusda keçiriləcək “MILEX-2021” 10-cu beynəlxalq silah və hərbi texnika sərgisinin akkreditasiyasına başlanıb.

“Poliqon”un Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən verdiyi məluamta görə, “MILEX-2021” 10-cu beynəlxalq silah və hərbi texnika sərgisi 23-26 iyun 2021 tarixlərində Minskdə keçiriləcək.

Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbərliyi altında keçiriləcək sərginin hazırlanması və keçirilməsi üçün cavabdeh olan idarələrarası təşkilat komitəsi yaradılıb.

“MILEX-2021” sərgisində başda Belarus olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Belarusun müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək.

“MILEX-2021” sərgisi çərçivəsndə müdafiə və təhlükəsizlik sahəsində Hərbi-Texniki Əməkdaşlıq üzrə 9-cu beynəlxalq elmi konfrans keçiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS